Haqqımızda

Biz kimik?

Haqqımızda

ki
Azərbaycan Kaskadyorlar Gildiyası Sain Fərhad, Sərxan Tağıyev və Elşad Eynullayev tərəfindən 2025-ci ildə təsis edilmişdir. Gildiyanın yaradılmasına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi rəhbərliyi tərəfəindən də rəsmi dəstək göstərilmişdir.

Azərbaycan Kaskadyorlar Gildiyası – ölkəmizdə kaskadyorluq sənətini inkişaf etdirmək, peşəkar kaskadyorları bir araya gətirmək və bu sahədə beynəlxalq standartlara uyğun xidmətlər təqdim etmək məqsədilə yaradılıb. Gildiyanın əsas missiyası – yerli istedadların yetişdirilməsinə dəstək vermək, onları təlim və layihələrlə inkişaf etdirmək, həmçinin film, serial, reklam və tədbirlər üçün etibarlı və peşəkar əməkdaşlıq platforması formalaşdırmaqdır. Gildiya həmçinin təhlükəsizlik, yaradıcılıq və keyfiyyət prinsiplərinə əsaslanaraq, bu sahədə fəaliyyət göstərən qurumlarla əlaqələrin qurulmasını da təşviq edir.



Birliyin məqsədi, fəaliyyət istiqaməti və vəzifələri aşağıdakılardır:

Birliyin əsas məqsədi Azərbaycan Respublikasında kinoda döyüş janrının və kaskadyorların inkişafına dəstək verməkdən, gənc kaskadyor nəslin maarifləndiriməsi və onların peşəkarlaşdırılması istiqamətində işlər görməkdən, kaskadyorların beynəlxalq miqyasda fəaliyyətinə dəstək olmaqdan ibarətdir.



Birlik məqsədlərinə çatmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı vəzifələri həyata keçirir:

1. Kaskadyorluq sahəsində kadr hazırlığı istiqamətində dünya kaskadyorluq sisteminə inteqrasiyanı həyata keçirmək və beynəlxalq standartlara cavab verən şəraitin və mühitin yaradılmasını təmin etmək;

2. Kaskadyorluq sahəsində beynəlxalq əlaqələri və mübadilələri inkişaf etdirmək;

3. Sahə üzrə müəyyən edilmiş qaydada monitorinq keçirmək və kaskadyorların biliyini qiymətləndirmək, zərurət yarandığı təqdirdə təlimlərə cəlb etmək;

4. Azərbaycan Respublikasında istehsal olunacaq audiovizual əsərlərə peşəkar kaskadyorların cəlb edilməsini təmin etmək;

5. Birlik tərəfindən yüksək qiymətləndirilən döyüş janrında olan audiovizual əsərlərin beynəlxalq festivallarda iştirakına dəstək olmaq;

6. Kaskadyorluq fəaliyyətinin və informasiya azadlığının qorunmasını təmin etmək;

7. Kino sahəsinin özünüifadə və mədəni tərbiyə formasında inkişaf etdirilməsinə töhvə vermək;

8. Bu mövzuda maarifçilik fəaliyyətini həyata keçirmək üçün ədəbiyyat nəşr etmək və yaymaq;

9. Maarifləndirici təcrübə-kursları və seminarları təşkil etmək.



Nizamnaməsində nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Gildiya aşağıdakı fəaliyyətləri həyata keçirir:

1. Qanunvericilikdə nəzərdə tutulmuş qаydаdа, kinеmаtоqrаfiyanın, ümumən mədəniyyətin və incəsənətin inkişаfı ilə bаğlı normativ-hüquqi aktların hаzırlаnmаsındа təşəbbüs göstərir və təkliflər irəli sürür;

2. Kaskadyorlar, audiovizual əsərlərin müəllifləri və bu sahədə çalışan digər şəxslər üçün konfrans və treyninqlər təşkil edir;

3. Elmi araşdırmalar aparır, kurslar, ustad dərsləri və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, forumlar və sair tədbirlər keçirir;

4. Azərbaycan Respublikasında döyüş janrında istehsal olunmuş audiovizual əsərlərin beynəlxalq arenaya inteqrasiyası məqsədilə görüşlər təşkil edir və beynəlxalq festivallarda (konfrans, simpozium və s.) iştirakına dəstək verir;

5. Azərbaycan Respublikasında döyüş janrında istehsal olunmuş audiovizual əsərlərin ölkə üzrə əlçatanlığını təmin etmək məqsədilə, KİV-lərlə sıx əməkdaşlıq edir və sosial şəbəkələrdə aktiv fəaliyyət göstərir;

6. Kino sahəsi üzrə görülmüş kaskadyor işlərinin ictimailəşdirilməsi və peşəkar kaskadyorların rəylərinin, bu istiqamətdə görülən digər işlərin daha böyük kütləyə çatdırılması məqsədilə jurnal, kitab, broşür, albom, plakat, buklet, açıqca, elektron nəşrlər və digər nəşriyyat məhsullarını tərtib edir və yayılmasında iştirak edir;

7. Birliyin üzvləri arasında konkurslar, müsabiqələr təşkil edir, və qaliblərin mükafatlanmasını təmin edir;

8. Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanları və bələdiyyələri ilə əməkdaşlıq edir;

9. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan olunmamış digər iş forması və metodlarından istifadə edir;

10. Kaskadyorlar arasında siyasi və ideoloji fərqliliklərdən kənar, daimi dialoq yaratmaq və onların bu istiqamətdə digər dövlətlərdə fəaliyyət göstərən həmkarları ilə təcrübə mübadiləsi aparılmasını təşviq etmək.

15+

Filmlər

7+

Reklamlar

5+

Kliplər

5+

Sənədli filmlər

Bizim xidmətlərimiz

Biz nə edirik?

Müasir döyüş səhnələri

Müasir döyüş səhnələri

Film və teatr üçün müasir dövrə aid döyüş səhnələrinin xoreoqrafiyasını qururuq. Peşəkar döyüş xoreoqrafları və tryuk koordinatorları işə cəlb olunur, ssenari üzərində araşdırmalar aparılır, döyüşlər personajlara uyğun qurulur

Tarixi döyüş səhnələri

Tarixi döyüş səhnələri

Film və teatr üçün keçmiş dövrlərə aid döyüş səhnələrinin xoreoqrafiyasını qururuq. Peşəkar döyüş xoreoqrafları və tryuk koordinatorları işə cəlb olunur, ssenari üzərində araşdırmalar aparılır, döyüşlər personajlara uyğun qurulur

Təhlükəli hərəkətlər

Təhlükəli hərəkətlər

Aktyorların edə bilmədiyi təhlükəli tryukları biz edirik. Bu iş peşəkar dublyorların işidir. Öncədən xüsusi hazırlıqlar görülür və layihəyə cəlb olunması üçün kaskadyorlar arasından aktyora uyğun dublyorlar seçilir

Kaskadyor təlimi

Kaskadyor təlimi

Kaskadyor təlimi, fiziki hazırlıq, çeviklik və təhlükəsizlik biliklərini əhatə edən peşəkar hazırlıq prosesidir. Bu təlimlərdə iştirakçılar döyüş səhnələri, tryuklar və xüsusi effektlərlə işləmə texnikalarını öyrənirlər

Aktyorların hazırlğı

Aktyorların hazırlğı

Aktyorların müasir və tarixi döyüş səhnələrinə psixoloji, fiziki və texniki hazırlığı bizim peşəkar təlimatçılar tərəfindən aparılır. Onlara həmçinin təhlükəsizlik qaydaları da mütləq şəkildə öyrədilir

Atların təlimi

Atların təlimi

Atlar psixi və fiziki vəziyyətlərinə görə bizim peşəkar atçılar tərəfindən yoxlanılıb seçilir və çəkilişlərdən öncə atlara xüsusi təlimlər keçirilir. Həmçinin, akrtorların məşqləri üçün də xüsusi atlar hazırlanır

Koordinatorluq

Koordinatorluq

Bizim peşəkar koordinatorlarımız yerli və xarici kaskadyorların təyin olunmuş tryuklara əsasən işə cəlb etməsi və onların idarəçiliyi ilə məşğul olur. Həmçinin, tryukların dizaynını və kaskadyyorları hazırlayır

Ustad dərsləri və seminarlar

Ustad dərsləri və seminarlar

Mütəmadi olaraq Gildiya rəhbərliyi tərəfindən lokal və beynəlxalq Ustad Dərsləri, Seminar və Forumlar təşkil olunur. Bunun üçün yerli və xarici mütəxəssislər cəlb olunur və inkişaf üçün geniş şərait yaradılır