Qırğızıstanda azərbaycanlı aktyor və kaskadyor Sain Fərhadın rol aldığı "Перегонщик" bədii filminin premyerası olub.
Süjetə görə, keçmiş xüsusi təyinatlı əsgər Ruslan Dubaydan maşın gətirməklə məşğuldur. Atası qəddar narkotik alverçisinin qurbanı olmuş balaca qız Yevanı təsadüfən xilas etdikdən sonra həyatı dəyişir. Ruslan Yevanın himayəsini öz üzərinə götürür və atasını xilas etməyə çalışır.
Rollarda Dmitri Balbekin, Aruuke Nadyrova və azərbaycanlı aktyor, kaskadyor və döyüş ustası Sain Fərhad da var. O, filmdə qatil obrazını canlandırıb.