Azərbaycan Kaskadyorlar Gildiyasının təsisçi Sain Fərhad və kaskadyor Sadiq Qulamov, "Mafiya" adlı Qırğızıstan filmində yer alıblar. Filmin bəzi səhnələri Gürcüstanın paytaxtı Tiflisdə baş tutub.
Filmdə iştirak etmək üçün onlara Qırğızıstan "Warrior" kaskadyorlar komandasının rəhbəri Adilet Akmatov müraciət edib.