Azərbaycan Kaskadyorlar Gildiyasının ilk daxili iclası keçirilmişdir

  • Əsas
  • Bloq
  • Azərbaycan Kaskadyorlar Gildiyasının ilk daxili iclası keçirilmişdir
Azərbaycan Kaskadyorlar Gildiyasının ilk daxili iclası keçirilmişdir

Azərbaycan Kaskadyorlar Gildiyasının ilk daxili iclası keçirilmişdir

Azərbaycan Kaskadyorlar Gildiyasının ilk daxili iclası keçirilmişdir

Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Azərbaycan Kaskadyorlar Gildiyasının ilk daxili iclası keçirilmişdir. Görüş Gildiyanın fəaliyyətinin əsaslarının formalaşdırılması və gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İclas zamanı Gildiyanın təşkilati strukturu, idarəetmə mexanizmləri, fəaliyyət istiqamətləri və strateji inkişaf planı geniş şəkildə müzakirə olunmuşdur. Eyni zamanda, qarşıda duran prioritet layihələr müəyyən edilmiş, yerli və beynəlxalq əməkdaşlıq imkanları dəyərləndirilmişdir.

Görüş çərçivəsində Gildiya üzvləri ilə rəsmi müqavilələr imzalanmış, peşəkar fəaliyyətin hüquqi tənzimlənməsi və standartlaşdırılması istiqamətində vacib addımlar atılmışdır. Bu addım Gildiyanın fəaliyyətinin sistemli və davamlı şəkildə inkişafına zəmin yaradır.

Qeyd olunmuşdur ki, Azərbaycan Kaskadyorlar Gildiyasının əsas məqsədlərindən biri ölkədə kaskadyor sənətinin inkişaf etdirilməsi, beynəlxalq təhlükəsizlik və peşəkarlıq standartlarının tətbiqi, həmçinin kino və televiziya sahəsində yüksək keyfiyyətli döyüş səhnələrinin hazırlanmasına töhfə verməkdir.

Gildiya gələcək fəaliyyətində yerli və xarici film layihələrində aktiv iştirak etməyi, peşəkar kadrların hazırlanmasını və Azərbaycan kino sənayesinin beynəlxalq arenada rəqabət qabiliyyətinin artırılmasını prioritet istiqamətlər kimi müəyyən etmişdir.