“Atropatena” filminin çəkilişlərinə hazırlıq başlayıb. 55-60 dəqiqəlik bədii-sənədli film “Kaspian Media Group” tərəfindən istehsal olunur.
Ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə çəkilir.
Filmin quruluşçu rejissoru Elmar Bayramov, quruluşçu rəssamı Səbuhi Atababayev.
Filmdə baş rolda Rüstəm Cəbrayılov çıxış edir. Digər rollarda isə Duyğu Dəvəli, Manaf Dadaşov, Vidadi Həsənov, Rumiyə Ağayeva, Corc Qafarov və başqaları yer alıblar.
Layihənin baş prodüseri Hüseyn Cavadzadə, icraçı prodüseri Azər Həsənovdur.
Döyüş xoreoqrafiyası və tryuk koordinatorluğu "Sain's Action Team" və Azərbaycan Kaskadyorlar Gildiyasının təsiçisi Sain Fərhada həvalə edilmişdir.
Aktyorların və kaskadyorların atçılıq təlimləri isə Azərbaycan Kaskadyorlar Gildiyasının təsisçisi Sərxan Tağıyeva tapşırılmışdır.
Həmçinin döyüş səhnələrinin qurulmasında, döyüş xoreoqrafı Elşad Eynullayev yaxından köməklik göstərmişdir.
Fimdə döyüşlərin icrası və tryklar "Sain's Action Team" və Azərbaycan Kaskadyorlar Gildiyasının üzvlərinə aiddir.