Molla Nəsrəddin – çətin günlərin dostu
Qırğızıstan və Azərbaycan kaskadyorları "Molla Nəsrəddin – çətin günlərin dostu" filmində əməkdaşlıq ediblər.
Ətraflı
Film və teatr üçün müasir dövrə aid döyüş səhnələrinin xoreoqrafiyasını qururuq. Peşəkar döyüş xoreoqrafları və tryuk koordinatorları işə cəlb olunur, ssenari üzərində araşdırmalar aparılır, döyüşlər personajlara uyğun qurulur
Film və teatr üçün keçmiş dövrlərə aid döyüş səhnələrinin xoreoqrafiyasını qururuq. Peşəkar döyüş xoreoqrafları və tryuk koordinatorları işə cəlb olunur, ssenari üzərində araşdırmalar aparılır, döyüşlər personajlara uyğun qurulur
Aktyorların edə bilmədiyi təhlükəli tryukları biz edirik. Bu iş peşəkar dublyorların işidir. Öncədən xüsusi hazırlıqlar görülür və layihəyə cəlb olunması üçün kaskadyorlar arasından aktyora uyğun dublyorlar seçilir
Kaskadyor təlimi, fiziki hazırlıq, çeviklik və təhlükəsizlik biliklərini əhatə edən peşəkar hazırlıq prosesidir. Bu təlimlərdə iştirakçılar döyüş səhnələri, tryuklar və xüsusi effektlərlə işləmə texnikalarını öyrənirlər
Aktyorların müasir və tarixi döyüş səhnələrinə psixoloji, fiziki və texniki hazırlığı bizim peşəkar təlimatçılar tərəfindən aparılır. Onlara həmçinin təhlükəsizlik qaydaları da mütləq şəkildə öyrədilir
Atlar psixi və fiziki vəziyyətlərinə görə bizim peşəkar atçılar tərəfindən yoxlanılıb seçilir və çəkilişlərdən öncə atlara xüsusi təlimlər keçirilir. Həmçinin, akrtorların məşqləri üçün də xüsusi atlar hazırlanır
Bizim peşəkar koordinatorlarımız yerli və xarici kaskadyorların təyin olunmuş tryuklara əsasən işə cəlb etməsi və onların idarəçiliyi ilə məşğul olur. Həmçinin, tryukların dizaynını və kaskadyyorları hazırlayır
Mütəmadi olaraq Gildiya rəhbərliyi tərəfindən lokal və beynəlxalq Ustad Dərsləri, Seminar və Forumlar təşkil olunur. Bunun üçün yerli və xarici mütəxəssislər cəlb olunur və inkişaf üçün geniş şərait yaradılır
Azərbaycan Kaskadyorlar Gildiyası – ölkəmizdə kaskadyorluq sənətini inkişaf etdirmək, peşəkar kaskadyorları bir araya gətirmək və bu sahədə beynəlxalq standartlara uyğun xidmətlər təqdim etmək məqsədilə yaradılıb. Gildiyanın missiyasına – yerli istedadların yetişdirilməsinə dəstək vermək və audiovizual əsərlər üçün etibarlı əməkdaşlıq platforması yaratmaq da daxildir.
Filmlər
Reklamlar
Kliplər
Sənədli filmlər